01:53
5°C
Bakı
Bakıda fəaliyyət göstərən “Şaurma” restoranının Nərimanov filialı ilə bağlı şikayət qeydə alınıb.
Moderator.az xəbər verir ki, vətəndaşın bildirdiyinə görə, sözügedən restorandan sifariş etdiyi şaurmanın içərisindən kiçik ölçülü dəmir qırıntısı çıxıb.
Onun sözlərinə görə, hadisə yeməyi qəbul etməzdən əvvəl aşkar edilib.
Şikayətçi qeyd edib ki, bu cür hallara qarşı vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar, çünki belə yad cisimlər insan sağlamlığına, hətta həyatına ciddi təhlükə yarada bilər.
(nocomment)