Azərbaycanda idmanın inkişafı istiqamətində fəaliyyətdə nöqsanlar üzə çıxıb
Cəmiyyət
246
17:27, Bu gün

Azərbaycanda idmanın inkişafı istiqamətində fəaliyyətdə nöqsanlar üzə çıxıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

Bildirilib ki, iclasda qurumun auditoru Vəfa Mütəllimova 2025-ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələrini təqdim edib.

Müzakirələrdə nazirliyin şöbə müdirləri və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin palatanın təklif və tövsiyələri nəzərə alınacaq.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsi barədə qərar qəbul olunub.

2026-cı ilin iş planına əsasən, bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.

İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər