Dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı imiş
Cəmiyyət
131
17:30, Bu gün

Dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı imiş

Ötən gün 26 yaşlı İmişli rayon sakini, Ramazan Rafiq oğlu Məmiyev dəm qazından boğulub.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, hadisə onun Bakı şəhərində kirayə qaldığı evdə baş verib.

Məlumata görə, o, Vətən müharibəsi iştirakçısı olub və bir sıra medallarla təltif edilib. Mərhum Qazaxıstanda çalışırmış və bir müddət öncə Azərbaycana sənədlərini qaydasına salmaq üçün gəlibmiş.

R.Məmiyev İmişli rayonunda dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər