Bizi sosial şəbəkələrdən izləyin:
"Özbaşına tikilərin sənədləşdirilməsinə qanunla qadağalar var".
Moderator.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova deyib.
"Hər hansı sənədi olmayan tikililərə sənədlərin verilməsinə təbii ki, baxıla bilər. Bugünkü mərhələdə istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır. Özbaşına tikililərin qanunla qadağan olduğunu bilməliyik. Bununla bağlı həm kommunal proseslərdə, həm də sənədləşməsində sonradan problem yaranır".
O bildirib ki, Azərbaycanda hazırda 400-500 min sənədsiz tikili mövcuddur.
"Bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırılma aparılmalıdır", -deyə N.Alimova əlavə edib.