Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb işdən çıxmışam.
Moderator.az Oxu24.com-a istinadən xəbər verir ki, bunu son günlər xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında yayılan məlumatları şərh edərkən bildirib.
O, müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılması ilə bağlı yayılan informasiyaya cavabında deyib:
“Xeyr, bu tamamilə əsassız xəbərlərdir. Dedim axı, saytlarda yazılan informasiyalarda “işləyib” yazılmışdı. Öz ərizəmlə illər öncə işdən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır, vallah. Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki? Mümkünatsız şeydir”.
Qeyd edək ki, daha öncə Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.