19:10
6°C
Bakı
Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib.
Bu barədə Moderator.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur.
2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib. Bu isə 2024-cü illə müqayisədə 412 reys və yaxud 3,1 dəfə çoxdur.