Gələn ilki Həcc ziyarəti üçün sənəd qəbulunun başlama vaxtı açıqlandı - RƏSMİ
Cəmiyyət
216
12:59, Bu gün

Gələn ilki Həcc ziyarəti üçün sənəd qəbulunun başlama vaxtı açıqlandı - RƏSMİ

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin göstərişlərinə əsasən, 2027-ci il üçün sənəd qəbulunun Həcc ziyarətindən dərhal sonra başlanılması gözlənilir.
 
Moderator.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
 
O bildirib ki, ötən illərlə müqayisədə bu il Həcc ziyarəti üçün qeydiyyatdan keçənlərin sayı çoxdur.
 
"Qeydiyyat prosesi bu il çox tez başlanılıb, tez də yekunlaşacaq". - o vurğulayıb.
 
Qeyd edək ki, Həcc ziyarəti üçün müəyyən edilən kvotanın artıq 65 faizdən çoxu tamamlanıb. Sənəd qəbulu cari ilin fevralın 15-də yekunlaşacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər