21:18
3°C
Bakı
Qafqaz Albaniyasına dair tədqiqatlar Kəlbəcər ərazisində də planlaşdırılır.
Moderator.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycana dair, Fəlsəfə və Sosiologiya İnstitutu isə süni intellekt və rəqəmsal texnologiyalara dair aparılan tədqiqatlarda daha çox nailiyyət qazanıb.
İ.Həbibbəyli əlavə edib ki, o cümlədən tarixi xəritələrin yenidən elmə qazandırılması istiqamətində Tarix və Etnologiya İnstitutu, eləcə də Şərqşünaslıq İnstitutu böyük potensiala malikdir. AMEA rəhbəri bu istiqamətdə araşdırmaların sürətləndirilməsinin vacibliyini vurğulayıb.