Bizi sosial şəbəkələrdən izləyin:
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallara dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 10-cu hissəsinin birinci cümləsində “3 (üç) iş günü müddətində” sözləri “qərar verildiyi andan dərhal sonra” sözləri ilə əvəz edilib və aşağıdakı kimi verilib:
- Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.14-cü maddəsinə əsasən qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim edilir.