Mərakeş sahillərində köməksiz vəziyyətdə qalan azərbaycanlılarla bağlı ŞAD XƏBƏR
Cəmiyyət
326
13:16, Bu gün

Mərakeş sahillərində köməksiz vəziyyətdə qalan azərbaycanlılarla bağlı ŞAD XƏBƏR

Mərakeş sahillərində köməksiz vəziyyətdə qaldıqları ilə bağlı redaksiyamıza müraciət edən bir qrup azərbaycanlı dənizçi üzləşdikləri problemin həllində irəliləyiş olduğunu bildirib.
 
Moderator.az bildirir ki, Oxu.az-a yenidən müraciət edən şikayətçi dənizçilər məsələ ictimailəşəndən sonra onların bütün tələblərinin yerinə yetiriləcəyinə söz verildiyini deyiblər.
 
"Lady Mina" gəmisinin kapitanlarından olan Samir Əminovun sözlərinə görə, şirkət əməkhaqqılarının ödənəcəyini və heyətin üzləşdiyi çətin durumun yaxın vaxtlarda həll olunacağını bildirib:
 
"Bizə bildirildi ki, heyətin düçar olduğu çətin vəziyyət tam şəkildə aradan qaldırılacaq".
 
Qeyd edək ki, bir qrup azərbaycanlı dənizçi Mərakeş sahillərində köməksiz vəziyyətdə qaldıqlarını iddia edərək redaksiyamıza müraciət edib. Onlar üç aydan artıqdır ki, əməkhaqqılarını almadıqlarını, bundan əlavə, 1989-cu ildə inşa edilmiş gəminin əsas mühərrikində ciddi texniki nasazlıqların mövcud olduğunu və Atlantik okeanı üzrə planlaşdırılan marşrutda təhlükəsizliyin sual altına alındığını bildiriblər.
 
Ekipaj üzvləri gəmidə təcili yoxlamanın aparılmasını, gecikdirilmiş əməkhaqqılarının ödənilməsini və Azərbaycan və Gürcüstana repatriasiya olunmalarını tələb ediblər.
 
Link kopyalandı!
Son xəbərlər