Enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilir
Cəmiyyət
138
11:37, Bu gün

Enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilir

Enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilir.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda edilən dəyişikliklə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmanının icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi Energetika Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
 
Energetika Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 17.1.5-ci maddəsinə uyğun olaraq, enerji effektivliyi informasiya sisteminin əsasnaməsinin layihəsini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
 
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər