Ötən il Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox transplantasiya həyata keçirilib
Cəmiyyət
153
10:45, Bu gün

Ötən il Azərbaycanda 10-a yaxın meyitdən 50-dən çox transplantasiya həyata keçirilib

Azərbaycanda 2025-ci ildə 10-a yaxın meyit donordan alınan orqanlar transplantasiya məqsədilə istifadə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, sözügedən meyit donorlardan 50-dən artıq transplantasiya əməliyyatı icra olunub. Bunlardan birdən çoxu böyrək transplantasiyası, 10-a yaxın qaraciyər, ikidən çox buynuz qişa və iki ürək transplantasiyası həyata keçirilib.
 
Əməliyyatların əksəriyyəti uğurla başa çatıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər