21:09
4°C
Bakı
Dövlət Turizm Agentliyi (DTA) daha 11 ölkədən olan jurnalist, bloqer və turizm şirkətləri üçün tender elan edib.
Moderator.az-ın məlumatına görə, agentlik Böyük Britaniya, İrlandiya, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya və İsraildən olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkilini nəzərdə tutub.
Satınalmanın ehtimal edilən ümumi dəyəri 1 milyon 705 min 801 manatdır.
Qeyd edək ki, agentlik daha əvvəl Çin, Hindistan, Rusiya və Belarusdan olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili ilə bağlı 2 milyon 173 min 201 manat dəyərində tender elan etmişdi.