Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı
Cəmiyyət
159
18:55, Bu gün

Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı

Yanvarın 26-da Audiovizual Şurada televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayına dair statistika müzakirə olunub.

Bildirilib ki, ötən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında fəaliyyət göstərən 14 televiziya kanalının efiri süni intellekt əsaslı proqram vasitəsilə monitorinq edilib.

Qeyd olunub ki, monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı mövcud olan 33 xarici söz həmin televiziya kanallarının aparıcıları tərəfindən ümumilikdə 1 366 dəfə istifadə edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər