Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək
Cəmiyyət
211
17:50, Bu gün

Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək

Malayziyada vəfat edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının nəşi Azərbaycana gətiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, yanvarın 25-də Malayziyada vəfat edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün işlərə başlanılıb.

Qeyd edilib ki, nəşin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilir.

Məlumat üçün bildirək ki, Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari il yanvarın 14-də Kambocada xəstəxanaya yerləşdirilib. O, yanvarın 18-də isə Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq. əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər