19:46
5°C
Bakı
2025-ci ildə qanunvericiliyin tələbinə uyğun əlillik dərəcələri ləğv edilən şəxslərin sayı açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə həsr olunmuş mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Ramin Rzayev məlumat verib.
O bildirib ki, 2025-ci ildə xüsusi araşdırmalar nəticəsində 1 500-ə yaxın şəxsin əlilliklə bağlı dərəcəsi qanunvericiliyin tələbinə uyğun olaraq ləğv edilib.