Ötən il Azərbaycanda 54,5 min nəfərə əlillik təyin olunub - Rəsmi açıqlama  
Cəmiyyət
106
16:22, Bu gün

Ötən il Azərbaycanda 54,5 min nəfərə əlillik təyin olunub - Rəsmi açıqlama  

"2025-ci ildə Azərbaycanda 54,5 min şəxsə əlillik təyin edilib. Onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunub".
 
Moderator.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
 
Ramin Rzayev qeyd edib ki, son bir ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib, onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib.
 
Həmçinin, bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb.
 
Sədrin sözlərinə görə son üç ildə daxil olan göndərişlərin 55-56 %-ni bədxassəli şişlər, sinir sistemi xəstəlikləri, psixiatriya xəstəlikləri üzrə olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər