Moskvadan Gəncəyə uçan təyyarə Bakıya yönləndirildi - SƏBƏB
Cəmiyyət
173
13:21, Bu gün

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya yönləndirildi - SƏBƏB

"UTair" aviaşirkətinə məxsus Moskva-Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti - duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.
 
Bu barədə Moderator.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
 
"Boeing 737" tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
 
Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq "UTair" aviaşirkəti tərəfindən veriləcək.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər