Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında qalmaqal səngimək bilmir. Belə ki, Səidə Bəkirqızı Rəqsanənin “p” geyimdə fotosessiyasını tənqid edərək bildirib:
“Rəqsanə xanım, kim deyib ki, ayaqlarınızı açsanız, gözəl və şarmlı görünəcəksiniz? Vallah, sizi aldadıblar. Fazil bəy bu fotosessiyaya nə deyib?”
Bu fikirlərdən sonra Rəqsanə İsmayılova sosial şəbəkə hesabında aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib. O, hətta Səidə Bəkirqızının atasını təhqir edib.
Moderator.az xəbər verir ki, Musavat.com mövzuyla bağlı aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.
- Hazırda Rəqsanə İsmayılova ilə qalmaqal yaşayırsınız. Sizin onunla bağlı paylaşdığınız videodan sonra o da sizə cavab verib.
- Mən bu işin başını buraxmayacağam. Dediyi bütün sözləri sübut edəcək. Heç kim mənim haqqımda yalan informasiya yaya bilməz. Özünə hörmət etməyən biri mənim atama toxuna bilməz. Bunu heç kimə keçmərəm.
Mənim şərəf və ləyaqətim alçaldılıb, haqqımda kütləvi informasiya vasitələrində və sosial mediada yalan məlumatlar yayılıb. Mən heç kimin atasına toxunmamışam, amma mənim atama toxundular. Heç kimi təhqir etməmişdim, məni təhqir etdilər.
Heç kimin kişiliyini şübhə altına almamışdım. “Ərim bir gecəliyinə sənə kişiliyini sübut edər” kimi ifadələr işlədilibsə, onların hamısının cavabını verəcək. “Naxçıvanlıdır” deyir, kimdirsə, mən tanımıram, özləri tanıyır. Dediklərinin hamısına görə cavab verəcək.
- Artıq hüquqi addım atmısınızmı?
- Hələ bu gün başlayıb. Bu gün hara lazımdırsa, müraciət edəcəyəm. Hara qədər lazımdırsa, gedəcəyəm.
- Rəqsanə xanım sizinlə əlaqə saxlayıb üzr istəsə, barışıq mümkündürmü?
- Üzr söhbəti ola bilməz. Zərrə qədər də barışıqdan söhbət gedə bilməz. Dediyi hər kəlmənin bədəlini ödəyəcək.
Mənim atamın, babamın adını çəkərək video çəkib söymək cinayətdir. Ev dustaqlığında olan, barəsində cinayət işi bağlanmamış biri üçün bu, ona çox baha başa gələcək. Balalarıma “yetim qalacaqlar”, “zəhər verilsin” deyib.
Məni tanıyan bilir ki, 20 ildir gözəl ailəm var. Bunu hamı bilir. 25 il əvvəl kimsə məni sevə, elçi gələ bilərdi – bu, normaldır. Kim zəng edirsə etsin, kim xahiş edirsə etsin, bu məsələnin dibinə qədər gedəcəyəm.
- Bu məsələ ilə bağlı sizə zəng və ya xəbərdarlıq olubmu?
- Özünə hörmət edən adam Rəqsanəyə görə mənə zəng etməz. Mən Rəqsanəni təhqir etməmişdim. Sadəcə demişdim ki, Rəqsanə kimi qadını evinin xanımı etmək hər kişinin işi deyil, müğənni ilə ailə qurmaq asan məsələ deyil.
- Rəqsanə xanım şəxsi həyatınızla bağlı iddialar səsləndirib və ona informasiya ötürənlərin olduğunu deyib. Kimdən şübhələnirsiniz?
- Mən Bayram Nurlu ilə bağlı video paylaşmışdım, çünki o demişdi ki, sənətkardır. O da video çəkib demişdi ki, guya mən bir naxçıvanlını “yeyib-talamışam”. Sonra mənimlə əlaqə saxladı, üzr istədi. Dedim ki, bunu deyəndən sonra kişi adamsan və Bayramı bağışladım. Rəqsanə tərəfi isə bunu bayraq edib.