14:23
9°C
Bakı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən satışda rənglənmiş portağallara rast gəlinməsi məsələsinə aydınlıq gətirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci için yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı məlumat verib.

O bildirib ki, Azərbaycana bir çox ölkələrdən portağal idxal olunur:
"İdxal olunan məhsullar risk əsasında ekspertizaya cəlb olunub. Ötən il idxal zamanı 421 min ton portağalda rəngləyici qida əlavəsi aşkar olunub və dövriyyə buraxılmasının qarşısını alınıb.
Ötən il bu hal ilə bağlı ixracatçı ölkələrə xəbərdarlıq edilib. Son zamanlar bazarlarda bu halın olması müşahidə olunmur".