Bu gün Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
126
10:40, Bu gün

Bu gün Abşeronun bəzi ərazilərində işıq olmayacaq

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
 
Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq.
 
"Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," - deyə qurumdan qeyd edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər