Lerikdə yollarən buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirib
Cəmiyyət
31
19:55, Bu gün

Lerikdə yollarən buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirib

Lerik rayonunun mərkəzində qarın yaratdığı çətinliklər qalmaqdadır.
 
Moderator.az-ın məlumatına görə, rayonun mərkəzi hissəsində qarın buzlaşması səbəbindən yolların qardan təmizlənməsini çətinləşdirib.
 
Bu da nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır.
 
Analoji vəziyyət rayonun ətraf kəndlərində də müşahidə olunur.
 
Bir həftəlik fasilədən sonra bu gün bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi qismən bərpa olunub.
 
Qeyd edək ki, şaxtalı hava şəraiti ilə əlaqədar Lerikin yollarında polis əməkdaşlarının gücləndirilmiş rejimdə xidməti təşkil olunub.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər