Həmin fotodakı İlham Quliyev vəfat etdi
Cəmiyyət
35
16:35, Bu gün

Həmin fotodakı İlham Quliyev vəfat etdi

Xocalı faciəsinin tanınmış siması, Xocalı sakini İlham Quliyev bu gün vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə onun bacısı oğlu Etibar Quliyev məlumat yayıb.
 
O bildirib ki, dayısı Xocalını görmədən dünyasını dəyişib.
 
Qeyd edək ki, İlham Quliyev Xocalı faciəsinin şahidlərindən biri idi. O faciə baş verən gecə yaşanan bütün dəhşətləri gözü ilə görmüşdü. İlham Quliyev qucağında yaş yarımlıq uşaqla çəkilən fotosu ilə məşhurlaşmışdı. Sonralar o, müsahibəsində onun Samir adlı körpə olduğunu və elə qucağındaca keçindiyini demişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər