21:06
5°C
Bakı
Zəhra Quliyeva şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Moderator.az xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib. Quliyeva şəxsi həyatı ilə bağlı sualların verilməməsini xahiş edərək media nümayəndələrinə çağırış edib.
“Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Mədəniyyətiniz olsun, reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin”, – deyə o paylaşımında qeyd edib.
Quliyevanın bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Zəhra Quliyeva və Mədət Quliyev bir müddət əvvəl ayrılması iddia olunur. Birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.
(Nocomment)