Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı
Cəmiyyət
81
17:55, Bu gün

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub.

Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı xidmət rəisi Orxan Nəzərli əmrlər imzalayıb.

Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb.

Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər