Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
Cəmiyyət
104
17:49, Bu gün

Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Moderator.az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Tamerlan Məhəmməd oğlu Qasımov Böyük Qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin edilib.

T.Qasımov bundan əvvəl Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri işləyib. Daha əvvəl isə bir sıra banklarda rəhbər vəzifələrdə çalışıb.

Eyni zamanda, Səbuhi Nəzər oğlu Yunuslu həmin departamentin müdir müavini vəzifəsinə gətirilib. S.Yunuslu bundan əvvəl adıçəkilən departamentin Proseslərin koordinasiyası şöbəsinin müdiri idi.

Agentlik sədri onu departament müdiri təyin etdi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər