Audiovizual media subyektlərinin sayı açıqlandı
Cəmiyyət
102
15:57, Bu gün

Audiovizual media subyektlərinin sayı açıqlandı

2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektlərinin sayı 92 olub.
 
Moderator.az bu barədə Audiovizual Şuranın ötənilki hesabatına istinadən xəbər verir.
 
Bildirilib ki, 92 audiovizual media subyektinin 47 televiziya redaksiyası (kanalı), 23 radio redaksiyası (kanalı), 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur.
 
Onlardan 11-i ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası, 10 regional yerüstü televiziya yayımçısı lisenziyası (1-i Naxçıvan MR-da), 19 ümumölkə yerüstü radio yayımçısı lisenziyası, 4 regional yerüstü radio yayımçısı lisenziyası (1-i Naxçıvan MR-da), 13 peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası, 24 peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası, 6 sifarişli yayım xidməti provayderi lisenziyası, 38 universal platforma operatoru lisenziyası, 9 sadə platforma operatoru lisenziyası, 2 multipleks operatoru lisenziyasıdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər