Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
Cəmiyyət
36
15:44, Bu gün

Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yanvarın 23-də 7 dövlət orqanında inzibati vəzifələrin 3 və 4-cü təsnifatlarına uyğun olan 17 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Moderator.az-a bildirilib ki, vəzifələrin 3-ü üçüncü təsnifata, 14-ü dördüncü təsnifata aiddir. Daxili müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələridir.
 
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
 
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
 
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 6-sı saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər