İlham İsmayıldan əməliyyatdan sonra səhhəti ilə bağlı AÇIQLAMA
Cəmiyyət
43
15:38, Bu gün

İlham İsmayıldan əməliyyatdan sonra səhhəti ilə bağlı AÇIQLAMA

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunub.
 
Moderator.az bildirir ki, İlham İsmayıl əməliyyatdan sonra Oxu.az-a səhhəti ilə bağlı açıqlama verib.
 
O bildirib ki, dünəndən etibarən reanimasiyadan palataya köçürülüb:
 
"Ürəyimdə problemlər olduğuna görə 2021-ci ildən etibarən gündə üç dəfə dərman qəbul edirdim. Bundan əlavə, xəstəliklə əlaqəli virus əleyhinə dərmanlar qəbul etdiyim üçün mədəm zədələnib. Bunu hiss etməmişəm. Çox güclü qanaxmalar olub. Vəziyyət boğulma həddinə çatdıqda məni yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalına yerləşdiriblər. Qan itirdiyim üçün burada mənə çoxlu qan köçürüblər. Səhhətim yavaş-yavaş yaxşılaşır. Hazırda həkim nəzarətindəyəm. Fasiləsiz sistem altındayam".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər