Vaxtında uçota durmayan internet provayderi cərimələnib
Cəmiyyət
175
13:13, Bu gün

Vaxtında uçota durmayan internet provayderi cərimələnib

Azərbaycanda qanunvericiliyin tələbinə əsasən, internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan sonra 15 gün müddətində uçota durmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
 
Qeyd edilib ki, "Classnet" MMC-nin uçota alınma üçün təqdim etdiyi sənədlərdən cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub.
 
Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə cəmiyyət barəsində 1 500 manat məbləğində inzibati cərimə tətbiq olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər