18:25
5°C
Bakı
"Bu gün qrip virusunun yayılmasında artım müşahidə olunur".
Moderator.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair brifinqdə deyib.
O bildirib ki, qrip virusu ştamı daim dəyişir:
"Qripdən ən gözəl müdafiə üsulu qrip əleyhinə vaksin olunmaqdır. Hazırda bizim xəstəxanalarımızda qripə dair müraciətlər çoxdur".
Vüqar Qurbanov əlavə edib ki, TƏBİB tabeli müəssisələrdə bu günə qədər qrip səbəbindən durumu ağırlaşan xəstə olmayıb.