3000 abonentin qazı kəsiləcək
Cəmiyyət
356
15:02, Bu gün

3000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.
 
Moderator.az bildirir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
 
Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər