Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il ərzində 71 672 zəng cavablandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qəbul edilən zənglərin 21 598-i müvəqqəti yaşama icazəsi, 1 497-i müvəqqəti olma müddətinin uzadılması, 4 984-ü vətəndaşlıq məsələləri, 7 816-sı olduğu yer üzrə qeydiyyat, 4 424-ü daimi yaşama icazəsi, 8 776-sı iş icazəsi, 2 943-ü inzibati xəta, 19 634-ü isə digər məsələlər ilə bağlı olub.
919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.