Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlar ipoteka ilə mənzil alanların sayı artsa da ödənişlə bağlı çətinlik yaşayanların sayı da az deyil.
İnsanları maraqlandıran əsas sual isə bu mənzillər hansı hallarda banklar tərəfindən müsadirə edilə bilər?
Moderator.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, hüquqi baxımdan ipoteka ilə alınan mənzil borc alanın mülkiyyətində olsa da kredit tam bağlanana qədər mənzil bankın girovunda qalır:
"Bu isə o deməkdir ki, kredit öhtəlikləri kredit yerinə yetirilmədikdə bankın həmin əmlaka iddia qaldırmaq hüququ var. Proses adətən bankın borclarına rəsmi xəbərdarlıq ilə başlayır. Əgər borc müəyyən müddət ərzində ödənilməzsə, məsələ məhkəməyə çıxarılır. Müsadirə qərarı verildikdən sonra mənzil satışa çıxarılır. Satışdan sonra borc tam ödənməzsə, vətəndaş qalan məbləğə görə də məsuliyyət daşıyır. Təxmini 3-6 ay aralığında ödəniş olmadıqda bank məhkəmə qərarı ilə mənzili satışa çıxarır. Burda sosial baxımdan həssas məqamlar da diqqətdədir. Mənzil ailəniin yeganə yaşayış yeri olsa bele kredit öhtəliyi yerinə yetirilmədikdə müsadirə riski aradan qalxmır. Lakin bunlar məhkəmədə nəzərə alınaraq prosesin uzadılmasına kömək ola bilər".
Qeyd edək ki,bu kimi halların yaşanmaması üçün ipoteka krediti götürərkən müqavilə şərtlərini diqqətlə oxumaq, gəlir risklərinin düzgün hesablanması və hüquqi baxımdan alınması vacibdir. /milli.az/