Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif olunur
Cəmiyyət
95
10:20, Bu gün

Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif olunur

"Düşünürəm ki, dərslikdə bizim problemimiz var. Biz dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
 
"Yəni, vəsait baxımından, dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi və digər məsələləri elektron qaydada etmək daha asandır. Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur", - deyə deputat bildirib.
 
Link kopyalandı!
Son xəbərlər