Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Cəmiyyət
54
20:27, Bu gün

Paytaxtın iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək

Sabah Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qobustan qəsəbəsi ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi, eləcə də Yasamal rayonu M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah 10:00-dan etibarən bəzi ərazilərə qazın verilişi dayandırılacaq.

Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər