Cəmiyyət
176
11:56, Bu gün

"Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər" - Deputat

"Elə ölkələr var ki, təhlükəsizlik baxımından bəzi küçələrə axşam saatlarında polislər belə daxil olmaqdan çəkinir. Bizdə hər şey yüksək səviyyədə təmin olunub, bunu qiymətləndirmək lazımdır. Lakin bizdə də insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
 
"Dostum söyləyir ki, itini Buzovnada dəniz kənarında gəzdirməyə çıxarır. Deyir ki, çox bahalı ev itləri dənizin kənarında sürü halında gəzirlər. Bilirsiz ki, yaşayış xərcləri artır. Xüsusilə yaşlı insanlar həmin itləri saxlaya bilmirlər və gətirib dənizin kənarına buraxırlar. Bir neçə bölgədə küçə heyvanları üçün sığınacağın tikilməsinə ehtiyac var. Həmin heyvanlar tutulub orada saxlanılmalı, diqqət göstərilməlidir", deputat vurğulayıb.
 
O qeyd edib ki, Nazirlər Kabinetinin yaşayış məntəqələrində it-pişik və digər heyvanların saxlanması ilə bağlı təsdiq etdiyi qaydalar var: "Amma qanun yoxdur. Hesab edirəm ki, qanunun qəbuluna ehtiyacı var”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər