Qobustanda qaz kəsiləcək
Cəmiyyət
226
09:50, Bu gün

Qobustanda qaz kəsiləcək

Qobustanın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
 
Bildirilib ki, Qobustan rayonunda qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 21.01.2026-cı il tarixdə saat 10:00-dan etibarən “Qobustan əhali” qaz xəttində qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Qobustan qəsəbəsi, P. Abbasov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər