Sabah Bakıda şaxta olacaq, QAR YAĞACAQ - PROQNOZ
Cəmiyyət
302
13:05, Bu gün

Sabah Bakıda şaxta olacaq, QAR YAĞACAQ - PROQNOZ

Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
 
Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.
 
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər