Yol polisi sürücülərə müraciət etdi
Cəmiyyət
120
10:20, Bu gün

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
 
İdarədən Moderator.az-a verilən xəbərə görə, hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur:
 
"Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
 
Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir.
 
Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, sürət həddinə ciddi şəkildə riayət etsinlər, qəfil manevrlərdən çəkin­sınlər və yol hərəkəti qaydalarına tam əməl etsinlər.
 
Eyni zamanda piyadalardan da xahiş edirik ki, yolları yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, sürüşkən yol örtüyünü nəzərə alsınlar, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirsinlər və öz təhlükəsizliklərini daim ön planda saxlasınlar.
 
Bir daha bütün yol hərəkəti iştirakçılarını ayıq-sayıq olmağa, diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Yalnız yol hərəkəti qaydalarına riayət etməklə və ehtiyatlı olmaqla mümkün risklərin qarşısını almaq mümkündür".
Link kopyalandı!
Son xəbərlər