Hacıbala Abutalıbovun villası ilə bağlı məlumatlar
Cəmiyyət
226
09:35, Bu gün

Hacıbala Abutalıbovun villası ilə bağlı məlumatlar

Bir neçə gündür, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Qax rayonunun Ağçay kəndinə köçməsi müzakirə mövzusudur.

Sosial şəbəkələrdə onun kənddəki villası ilə bağlı məlumatlar da paylaşılıb.

Onlardan bir neçəsini təqdim edirik: “Hacıbala müəllim, ən çətin və yararsız sahədən özünə yer götürüb. O torpağın abadlaşması üçün nə qədər işlər görülüb, zəhmət çəkilib. Hacıbala müəllim olmasaydı, buraları kim abad edərdi, torpağın hər addımında yüz, iki yüz kiloqram və daha ağır daşlar var, hamısı çıxarılıb, atılıb, yerinə meyvə tinglər, meşə ağacları əkilib”,

“Hacıbala müəllimi uşaqlıqdan tanıyıram, Ordubadda qonşumuzdur, çox ziyalı, mədəni ailənin üzvüdür, ailəliklə sürgündə olublar. Həyat yoldaşının Ağçaylı olması yalan məlumatdır”,

“Kənddə sağ tərəfdə qırmızı villa onundur. Villanın arxa tərəfindən çaya çıxış var. Hələ üzbəüz boş hasarlanmış sahə də onundur. Qala kimi çay daşları ilə əhatə olunub...”,

“İnsafən kişi Ağçay üçün xeyli iş görüb. Yolun düzəldilməsindən tutmuş, kənd üçün müəyyən texnikanın alınmasına qədər... Qaxda villası olan məmurlar çoxdur. Bu kişinin villası o qədər də böyük və təmtaraqlı deyil. Camaat da bu yeni yerlilərindən razıdırlar”.

“Uzun müddət məmur olub, xeyli vəsait toplayıb, indi də “yeyir”” deyənlər də az olmayıb.

 

(pravda)

Link kopyalandı!
Son xəbərlər