00:40
2°C
Bakı
Xəbər verdiyimiz kimi, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın səhhətində problem yaranıb.
Uzun müddətdir ürək-damar xəstəliyindən əziyyət çəkən ekspert ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Yaxınları Musavat.com-a bildirib ki, İ.İsmayıl hazırda reanimasiyadadır: “Xəstəxanaya çatdırılanda huşu özündə idi. Bu gün bir neçə dəfə yanına getmişik. İçəridən xəbər vermirlər. Gözləyirik. Həkimlər deyirlər ki, daxili qanaxması olub. Hazırda reanimasiyadadır. Palataya nə zaman köçürüləcəyini bilmirik. Vəziyyəti yaxşı olmadığı üçün palataya köçürə bilmirlər”.