Bakı metrosunda
Cəmiyyət
135
17:00, Bu gün

Bakı metrosunda "Qarabağ"ın oyunu ilə əlaqədar iş saatı uzadılacaq

Yanvarın 21-də "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş saatı uzadılacaq.

Bu barədə Moderator.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında xüsusi nəzarət təmin ediləcək.

Link kopyalandı!
Son xəbərlər