Ötən ilin 11 ayında doğulanlar azalıb, ölənlərin sayı artıb
Cəmiyyət
203
15:16, Bu gün

Ötən ilin 11 ayında doğulanlar azalıb, ölənlərin sayı artıb

2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 135 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.4-ə düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.
 
Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.9 faiz olub. Doğulan körpələrdən 2 930-u əkiz, 93-ü isə üçəm olub.
 
Həmçinin hesabata görə, ötən ilin eyni dövründə 54 582 ölüm halı qeydə alınıb. Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici 5.7-dən 5.8-ə qədər artıb.
 
Link kopyalandı!
Son xəbərlər