Nikah və boşanmaların sayı azalıb
Cəmiyyət
214
15:00, Bu gün

Nikah və boşanmaların sayı azalıb

Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 996 nikah və 18 832 boşanma halları qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, bu, yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə əksini tapıb.
 
Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4.9-dan 4.8-ə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.
 
Link kopyalandı!
Son xəbərlər