Toy edənə toy tuturlar - Şadlıq evlərində kəskin bahalaşma var
Cəmiyyət
327
14:15, Bu gün

Toy edənə toy tuturlar - Şadlıq evlərində kəskin bahalaşma var

Ailə qurmaq istəyən gənclər toya aylar öncədən hazırlaşırlar.
 
Bəs şadlıq saraylarındakı qiymət evlənməyə tələsdirir ya gözlədir?
 
Restoranda əvvəl təklif edilən bol çeşidli 50 manatlıq menyunun hazırki qiyməti 60-70 manatdır.
 
Qiymət artımı nə ilə bağlıdır?
 
Mövzünü paytaxtdakı restoranlardan birinin sahibi şərh edib:
 
"Artım ərzaq məhsullarının bahalaşması ilə bağlıdır. 2 il öncə ətin qiyməti 16-17 manat idisə, hazırda 21-22 manata başa gəlir. Keyfiyyətli ərzaq məhsullarını istifadə etsək, ortalama menyu 80 manata başa gəlir".
 
Digər şadlıq sarayının sahibi isə bildirib ki, 45-50 manata olan restoranlar da var:
 
"Lakin keyfiyyət baxımına görə toy sahibləri o menyuları seçmirlər. Ərzaq nə qədər keyfiyyətlidirsə, qiymətlər də o qədər artır. Ortalama menyu qiymətləri 80-100 manat təşkil edir. Bu civarda olan menyuların müştəriləri çoxdur".
 
Ekspertlər qeyd edib ki, bazardakı qiymət artımını nəzərə alaraq şadlıq saraylarındakı menyu artımı da normaldır, amma araşdırmaq lazımdır ki, süni qiymət artım halları baş verməsin. /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər