Naxçıvanda 11 dərəcə şaxta qeydə alındı
Cəmiyyət
229
13:32, Bu gün

Naxçıvanda 11 dərəcə şaxta qeydə alındı

Yanvarın 19-da muxtar respublika ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr yüksəklikdə) 61 sm, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 24 sm, Biçənəkdə (Şahbuz) 35 sm, Sədərək və Kəngərli rayonlarında 4 sm, Şərurda 5 sm, Axura kəndində (Şərur) isə 7 sm təşkil edir.
 
Naxçıvan şəhərində günün ikinci yarısında qar yağacağı ehtimal olunur. Havanın temperaturu muxtar respublika ərazisində 11 dərəcəyədək şaxta ilə müşahidə olunub.
 
Məlumata əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində qarlı hava şəraitinin yanvarın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər