Sumqayıtda 1000 abonentin qazı kəsiləcək
Cəmiyyət
162
12:59, Bu gün

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
 
Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Link kopyalandı!
Son xəbərlər