Lerikin 80 kəndi işıqsız qalıb - SƏBƏB
Cəmiyyət
164
12:55, Bu gün

Lerikin 80 kəndi işıqsız qalıb - SƏBƏB

Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin elektrik enerjisi ilə təchizatı kəsilib.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov məlumatı təsdiqləyib.
 
Məlumata görə, bu ana qədər rayonun mərkəzində qar örtüyünün hündürlüyü 40 santimetr, dağlarda isə 80 sm-dir.
 
Komissiya sədrinin sözlərinə görə, hazırda Lənkəran-Lerik yolu açıqdır:
 
"Kəndlərin rayon mərkəzi ilə əlaqəsi yalnız yolsuzluq avtomobilləri ilə mümkündür. Təbii qaz, su təchizatında hər hansı bir problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kənddə elektrik enerjisində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə enerjinin verilişi bərpa olunması istiqamətində işlər aparılır".
 
Qeyd olunub ki, hazırda rayon ərazisində qar davam edir.
Link kopyalandı!
Son xəbərlər