Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI
Cəmiyyət
218
12:05, Bu gün

Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI

"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı MMC-dən "Report"a açıqlama verilib.
 
Bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.
 
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
 
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
 
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
 
"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".
 
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər